XƏBƏRLƏR

ADU-nun müəllimləri və tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyində olublar

13 sentyabr, 2024

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Mərkəzin müdiri Prof. Dr. Tarek Mohammad Azərbaycan Dillər Universitetinin (ADU) müəllim və tələbə heyəti ilə görüşüb.

Görüşdə ADU-nun tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova, İdarə Heyətinin üzvü Nəsimi Həsənov, tərcümə fakültəsinin müəllimləri-Ülviyyə Hüseynova və Gülər Qafqazlı iştirak ediblər.

Mərkəzin müdiri Tarek Mohammad qonaqları salamlayaraq görüş üçün universitetin rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirib. O, tələbələrlə söhbət edib, qonaqları mərkəzin fəaliyyəti ilə yaxından tanış edib.

Fakültənin dekanı Bənövşə Məmmədova çıxışında universitetin rektoru akademik Kamal Abdullanın salamlarını çatdırıb, universitetlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əlaqələrin möhkəmlənməsi və tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürüb.