ADU-nun əməkdaşının yeni kitabı çapdan çıxıb
05 iyul, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, fəlsəfə araşdırmaçısı, tərcüməçi, gənc yazar Tural Cəfərlinin “Dahilərin həyatı və aforizmləri” adlı yeni kitabı işıq üzü görüb. Kitabda dahi şəxsiyyətlərin həyatları, yaşam fəlsəfələri, müdrik kəlamları yer alıb.
Məşhur filosofların, yazıçı və rəssamların bir-birindən fərqli, düşündürücü və ibrətamiz düşüncələri önə çəkilib.
“Mücrü” nəşriyyatında çap olunan kitab müəllifin sayca üçüncü kitabıdır.