XƏBƏRLƏR

Tələbələr BDU-da keçirilən respublika elmi konfransında iştirak ediblər

23 may, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya ixtisası üzrə təhsil alan tələbələri, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimlərinin kurasiyası ilə Bakı Dövlət Universitetində “Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” mövzusunda keçirilən respublika elmi konfransında iştirak ediblər.

Sözügedən konfransda tələbələr- Zəhra Hüseynova (241a),  Nuranə İbişova (339a), Aysun Hüseynzadə (339a), Nazilə Əzizli  (338a),  Aysu İmanlı (338a)  mövzu ilə bağlı çıxış ediblər.

Məruzələrin bəyənildiyi və konfrans toplusunda nəşr üçün uyğun görüldüyü qeyd olunub.