XƏBƏRLƏR

Tələbələr tərəfindən “Jeopardy” adlı bilik yarışı keçirilib

21 may, 2024

Azərbaycan Dillər Universitetinin Nəsimi Rayonu, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nigar Həmidovanın rəhbərliyi ilə pedaqoji təcrübədə olan 417B və 418A qrup tələbələri- Aysu Eminli, Səyalı Vəliyeva, Mənzər Cəfərzadə, Ziba Mirzəli, Vüsalə Hüseynova, Günay Abbaslının təşkilatçılığı ilə "6 c", "6 ç" və "6 d" sinif şagirdləri arasında “Jeopardy” adlı bilik yarışı keçirilib.

Komandalara "Grammar", "Definitions", "Say right answer", "Riddle", "General culture", "Fill the blank" başlıqlı 200, 400, 600, 800 və 1000 ballıq suallar təqdim edilib.

Yarışma müddətində ən çox fəallıq göstərən "6ç" sinfi 8600 balla qalib seçilib. Yekunda komandalara birinci, ikinci və üçüncü yer üzrə sertifikatlar təqdim olunub.