XƏBƏRLƏR

Şəhid məzun Elvin Bayramovun həyətində ağac əkilib

10 may, 2024

2024-cü ildə Azərbaycanda  “Yaşıl Dünya naminə həmrəylik ili“  elan edilməsi  və COP tədbirləri çərçivəsində Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq  fakültəsinin Xarici dillər və Regionşünaslıq kafedralarının birgə təşkilatçılığı ilə ağac əkilməsi aksiyası keçirilib.

Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin şəhid məzunu Elvin Bayramovun evinin həyətində  BMR fakültəsinin Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva və 382 –ci B qrupun tələbələri-  Fərid Hacızadə,  İzzət Yusifzadə,  Elgün Hümbətzadə, Mətin Fətizadə,  Rəvan Səmədzadə və Filologiya fakültəsinin 341B qrupunun tələbəsi Peyman Ağazadə və şəhidin atası İslam Bayramovla birgə zeytun ağacları  əkiblər.