XƏBƏRLƏR

Ulu Öndər H.Əliyevin 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

01 may, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-2 fakültəsi İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimi Günay Süleymanovanın təşkilatçılığı ilə 119A qrupunda Ulu Öndər H.Əliyevin 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Tədbirdə Təhsil-2 fakültəsinin dekanı dos. S.S.Nuriyev və İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dos.M.Ə.Hüseynova iştirak ediblər.

Təhsil-2 fakültəsinin dekanı dos.S.S.Nuriyev öz çıxışında Ümummilli liderin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi mühüm və əvəzedilməz xidmətlərdən danışıb. 

Kafedra müdiri dos.M.Ə.Hüseynova çıxışında Ulu öndərin mürəkkəb tarixi-siyasi şəraitdə xalqına göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

Daha sonra 119A qrup tələbələri- Fidan Mirzəyeva,  Afaq Kərimova, Məleykə İbrahimli, Günay Həmzəyeva, Əminə Qasımova,  Jalə Əhmədova,  Nərmin Quliyeva,  Aysu Qurbanova, Elyanə Alıyeva, Xədicə  Rüstəmova,  Gülər Əhmədzadə,  Ayşən Tağıyeva, Gülxanım Əhmədzadə Ulu Öndər haqqında ətraflı məlumat verib,  müdrik kəlamlarını səsləndiriblər.

Tədbir tələbələrin ifasında Ulu öndərə həsr olunmuş “Sən Elə Bir Zirvəsən” mahnısının  ilə yekunlaşıb.