XƏBƏRLƏR

“Ətraf mühitin insanın psixoloji sağlamlığına təsiri” - dəyirmi masa

01 may, 2024

“Yaşıl dünya naminə həmrəylik ili”  ilə əlaqədar Psixologiya kafedrasının tədbirlər planına uyğun olaraq aprel ayının 30-da “Ətraf mühitin insanın psixoloji sağlamlığına təsiri”  mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Psixologiya kafedrasının əməkdaşları, eləcə də təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici təlim və ingilis dili müəllimliyi ixtisası tələbələri iştirak edib. 

Giriş sözü ilə  kafedranın müdiri Ceyhun Alıyev, kafedranın müəllimləri Lalə Sadıxova və Heyran Zeynalova mövzu ətrafında çıxış ediblər. Tədbir tələbələrin ətraf mühitin psixi sağlamlığa təsiri ilə bağlı apardıqları araşdırmaları əks etdirən maraqlı prezentasiyaları və müzakirələrlə yekunlaşıb.