XƏBƏRLƏR

ADU-nun tələbələri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının baş müəllimi Ağabikə Əliyevanın təşəbbüsü ilə Təhsil 2 fakültəsinin 128 a  qrup tələbələri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər.  

 Ekskursiya zamanı tələbələr Tarix muzeyində sərgilənən maraqlı, tarixi materiallarla tanış olublar.  

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Tarix Muzeyində tələbələri qədim dövrdən başlamış Mezozoy erasından bu günümüzə qədər tariximizi əks etdirən maddi və mədəni nümunələrin əks olunduğu ekspozisiya ilə tanış edib. Tarix muzeyinin əməkdaşı çıxış edərək, ən qədim dövrə aid at kəlləsi, fil kəlləsi, Azıxantropun çənə sümüyü, həmçinin, Tunc dövrünə aid mədəniyyət nümunələri haqqında ətraflı məlumat verib.

O, həmçinin, Azərbaycanın qədim dövlətləri, Albaniya, Səlçuk dövlətinə aid  tarixi abidələri, Azərbaycan etnoqrafiyasının, mədəni irsinin  ən zəngin nümunələri olan dövrün xalçaçılıq, zərgərlik, ipəkçilik kimi sənət sahələri, geyim mədəniyyəti, atçılıq mədəniyyəti, toy adət - ənənələri haqqında da danışıb.

Daha sonra tələbələrə XIX əsrə aid neft sənayesi, neft sənayesinə aid invertarlar, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi faktları, II Qarabağ müharibəsinin şəhidləri, xüsusilə, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun həyatı haqqında məlumat verilib.