XƏBƏRLƏR

“Təbiət ilhama çağırır məni: ekologiya və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib

29 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Təbiət ilhama çağırır məni: ekologiya və ədəbiyyat” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi yazıçı, şair, tərcüməçi  Qismət Rüstəmov eko-kritisizm haqqında geniş məlumat verib.

Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, f.f.d., dos. Aytən Hacıyeva Klassik ədəbiyyatda təbiət motivi mövzusunda çıxış edib.

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimləri- f.f.d., dos. əvəzi Röya Mürşüdova müasir nəsrdə insan və təbiət problemi, Zülfiyyə Nağıyeva isə insan və ətraf-mühitlə bağlı fikirlərini bölüşüblər.

II kurs tələbəsi Güldən Səfərova mövzu ilə bağlı fikir bildirib və məruzə iştirakçılarına suallarını ünvanlayıb.

Tədbirin qonağı  yazıçı, şair, publisist Aqşin Yenisey öncə çağdaş ədəbiyyatda iqlim böhranı mövzusundan danışıb, sonra isə təbiət haqqında müəllifi olduğu şeiri səsləndirib.

Qeyd olunub ki, dəyirmi masa ölkə başçısının 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə bağlı tədbirlər silsiləsinə daxildir.