XƏBƏRLƏR

ADU-da Müəllim Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki konfransı keçirilib

08 aprel, 2024

Aprelin 4-də Azərbaycan Dillər Universitetində Müəllim Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki konfransı keçirilib.

Öncə Dövlət Himni səsləndirilib. Daha sonra hesabat-seçki konfransının gündəliyi təqdim olunub.

Qeyd edilib ki, hesabat gündəliyi MHİK-nin 2017-2024-cü ilin mart ayına qədər olan dövrü əhatə edir.

MHİK-nin sədri, dosent Misgər Məmmədov son yeddi il ərzində komitənin fəaliyyəti, görülən işlər, əldə olunan uğurlar haqqında məlumat verib. Bildirilib ki, ADU əməkdaşlarının sosial-rifah halının yaxşılaşdırılması, iş şəraitinin daha da əlverişli olması, kütləvi tədbirlərin keçirilməsi, bayramların təşkil olunması, müxtəlif maddi yardımların, təltiflərin, hədiyyələrin verilməsi, müəllimlərin yubileylərinin keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Qeyd olunub ki, MHİK  tərəfindən hər il yüzə yaxın ADU əməkdaşının sanatoriyalara göndərilməsi, pul mükafatlarının verilməsi, zəruri ehtiyacların ödənilməsi əsas prioritet məsələlərdən hesab olunur.

Daha sonra çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla MHİK-nin fəaliyyəti haqqında fikirlərini bölüşüb.

Bildirilib ki, komitə öz işində qarşıya qoyulan məqsəd və vəzifələri uğurla yerinə yetirib, komitə üzvləri kollektivin dərin hörmətini və etimadını qazanıb.

ADU-nun artan nüfuzu və beynəlxalq reytinq cədvəlindəki uğurundan danışan rektor, bunu bütün kollektivin fədakar əməyinin göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, MHİK əməkdaşların fəaliyyətində müsabət rol oynamaqla, onları daha səmərli, daha faydalı olmağa təşviq edib. Bu da ADU-da iş keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərmişdir.

Konfrans yeni komitə üzvlərinin və sədrin seçilməsi ilə davam edib. ADU MHİK-nin növbəti sədri böyük səs çoxluğu ilə dosent Misgər Məmmədov seçilib.

Qeyd edək ki, Misgər Məmmədov 1978-ci ildən Azərbaycan Dillər Universitetində çalışır. 5 kitabın, 200 məqalə və tezisin müəllifidir. 12 məqaləsi Avropanın müxtəlif ölkələrində nüfuzlu jurnallarda çap olunub.