XƏBƏRLƏR

Təcrübəçi tələbələr Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçiriblər

03 aprel, 2024

Azərbaycan Dillər Universitetinin S. Poladi adına 159 saylı tam orta məktəbdə təcrübədə olan tələbələri məktəbin şadirdləri ilə birgə  Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçiriblər.

Açlış nitqi ilə çıxış edən məktəbin tarix müəllimi Vüsal Şırəliyev Aprel döyüşləri haqqında məlumat verib.

Təcrübəçi tələbələr, Sona Şəfiyeva və Nurcan Qocayevanın 44 günlük Vətən müharibəsi haqqında öncə çıxışları dinlənilib, sonra isə hazırladıqları videoçarx nümayiş olunub.

Məktəbin təcrübəçi tələbələri təhkim olunduğu siniflərlə birgə Aprel döyüşləri ilə bağlı divar qəzetləri hazırlayıblar.

Dəyirmi masa məktəbin direktor müavini Hökümə Camalovanın təşəkkür nitqi ilə yekunlaşıb.