XƏBƏRLƏR

ADU-da tyutorlarla görüş keçirilib

03 aprel, 2024

Aprelin 2-də Azərbaycan Dillər Universitetində fakültə tyutorlarının iştirakı ilə iclas keçirilib.

İclasda ADU-nun Tədris məsələləri üzrə prorektoru dosent Kifayət Hacıyeva, dosent Vüsalə Ağabəyli, psix.f.d., Şəfəq Şahməmmədova, fil.f.d, Fatma Qurbanzadə, Coşqun Dadaşov və Aygün Rüstəmzadə iştirak edib.

İclas zamanı tyutorların fəaliyyəti, onların fəaliyyətində yaranan problemlər və çətinliklər müzakirə olunub.

İclasda tyutorlar yeni təlim metodları və informasiya kommunikasiya texnologiyaları ilə tanış olub, həmçinin, onların hər bir tələbənin dərs və dərsdənkənar fəaliyyəti ilə yaxından tanış olmasının zəruriliyi xüsusi olaraq vurğulanıb.

Bildirilib ki, tyutorlar universitet və tələbələr arasında əsas vasitəçidir. Buna görə də, tələbələrin akdamik məsləhətçisi kimi onlara tədris planlarının düzgün qurulması, kredit borcu olan tələbələrə vaxtında təlimatların verilməsi, tələbələrin sorğularda iştiraka cəlb edilməsi tövsiyyə edilib.

Görüş müzakirələrlə başa çatıb.