XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev - Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib

18 mart, 2024

Azərbaycan Dillər Universiteti və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib.

Təşkil olunan foto-xalça sərgisində ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Arzu Nağıyev və Tamam Cəfərova, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov və baş katib Aysel Tahirova iştirak ediblər. 

Sərgi iştirakçıları tərəfindən universitetin foyesində dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçirilib. 

Tədbirdə çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov sözügedən sərginin təşkilini yüksək qiymətləndirib. O, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. 

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova və millət vəkili Arzu Nağıyev Ümummilli Lider Heydər Əliyevin respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan xidmətlərindən danışıblar. 

Qeyd edəki ki, xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.