XƏBƏRLƏR

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının bir qrup müəlliminə təşəkkürnamə verilib

12 mart, 2024

Azərbaycan Dillər Universitetində 2023-cü ildə universitet və kafedranın ictimai həyatında fəal iştiraklarına, tələbələrin mənəvi-əxlaqi dəyər, vətənpərvərlik mövzularında, cəmiyyətdə davranış və şəxsi gigiyena qaydalarına riayət olunması haqqında keçirdikləri dəyirmi masalar və tədbirləri nəzərə alaraq, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının aşağıda adları çəkilən əməkdaşlarına təşəkkürnamələr verilib.

  1. B/m Nahidə Məmmədova
  2. B/m Yeganə Məmmədova
  3. B/m Rəna Əhmədova
  4. B/m Zümrüd Hüseynova
  5. B/m Mətanət Əsgərova
  6. B/m Sevda Musayeva
  7. M. Aygün Kərimova
  8. M. Aytən Zeynalova

Kafedranın fevral iclasında dekanlıq tərəfindən kafedranın müdiri dos.S.X.Zamanovanın təqdimatı əsasında hazırlanmış təşəkkürnamələri, Təhsil 1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov müəllimlərə təqdim edib.