XƏBƏRLƏR

ADU-da YAP-ın fəal üzvləri təltif olunublar

12 mart, 2024

Martın 12-də Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən keçirilən tədbirdə, 07 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində yüksək fəallıq göstərdiyinə görə, R. Behbudov küçəsi 134 üzrə (Azərbaycan Dillər Universiteti) ərazi partiya təşkilatı və fəalları təltif ediliblər.