XƏBƏRLƏR

Məktəbəqədər təhsil ixtisasında təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil olunub

12 mart, 2024

Məktəbəqədər təhsil ixtisasında təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil olunub.

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrası və "Buta" məktəbəqədər təhsil müəssisəsi arasında əldə olunmuş razılığa əsasən universitetin Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan tələbələri Təcrübə Proqramına cəlb olunmuş, praktik bacarıqlar əldə etmələri məqsədilə fəaliyyət planı qurulub.

Qeyd edək ki, Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə müntəzəm olaraq Təcrübə Proqramı həyata keçirilir və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.