XƏBƏRLƏR

Tələbələr Autizm Mərkəzində Təcrübə Proqramı keçiblər

11 mart, 2024

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi ilə "Birgə və Sağlam" İctimai Birliyi arasında imzalanmış memoranduma əsasən ali təhsil müəssisəsinin tələbələri Autizm Mərkəzində Təcrübə Proqramı keçiblər.

ADU-nun İbtidai təhsil ixtisasının tələbələri 2 həftəlik Təcrübə Proqramı çərçivəsində autizmli şəxlərin spesifik cəhətləri, cəmiyyətə inteqrasiyası istiqamətində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, ASP-nin korreksiya yolları, erkən müdaxilə barədə geniş məlumat alıblar.

Qeyd edək ki, İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə müntəzəm olaraq Təcrübə Proqramı həyata keçirilir və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.