XƏBƏRLƏR

“Keyfiyyətin təminatı və strateji inkişaf planının icrası komissiyası”nın ilk iclası keçirilib

07 mart, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsi nəzdində “Keyfiyyətin təminatı və strateji inkişaf planının icrası komissiyası” (ADU üzrə 06 mart 2024-cü il tarixli, 19 saylı əmr əsasında) təşkil olunub.

Sözügedən komissiyanın iclasında təhsil proqramları, tədris planları, tədris metodları və akademik heyətin yaradıcı və innovativ tədris bacarıqlarının qiymətləndirilməsi və s. məsələlər müzakirə edilib.

Fənlərin tədris semestrləri ilə bağlı kafedralar tərəfindən təklif olunan dəyişikliklər komissiya üzvləri tərəfindən təhlil olunub. Bundan əlavə, fənn sillabuslarının tərtibi prosesində və fənn proqramlarının yenilənməsi zamanı təlim nəticələrinin nəzərə alınması qərara alınıb.