XƏBƏRLƏR

Rumıniyalı professor tərəfindən ustad dərs keçirilib

06 mart, 2024

Azərbaycan Dillər Universitetində Rumıniyanın İvan Kuza adına Yassı Univeristetinin professoru İulian Moganın universitetin Regionşünaslıq kafedrasının müəllimləri və kafedrada təcrübədə olan magistr və tələbələrinə ustad dərsi keçirilib.

İ.Moga “Qərbi Roma İperiyası dönəmində Anadoluda dini yazılar” adlı təqdimatla çıxış edib, bu mövzuda sualları cavablandırıb. Dərsin sonunda həmçinin Rumuniya və xüsusilə də Yassı şəhərinin tarixi və görməli yerlərindən bəhs edilib.

İ.Moga Erasmus Mundus programı çərçivəsində ADU-da tədqiqatdadır və o Regioşünaslıq kafedrsının müəllimlərinin  dərslərində olub, kafedranın işi ilə tanış olub.

Bildirilib ki, İulian Moga 20 ildən çoxdur ki, Yassı Unversitetində çalışır, o 40 dan çox məqalənin və Qədim Anadoluda dini həyəcan: Günəş və Ay tanrıları üçün kult və sədaqət formaları (Colloquia Antiqua)” və “Menora və Tövrat arasında: Antik dövrdə Avropa yəhudi diasporunun yaranması” kitablarının müəllifidir. İ.Moga öz fəlsəfə doktorluq dərəcəsini Fransada müdafiə etmiş və əsasən “Roma imperiyası dövründə qədim Anadoluda din və yəhudilər, xristianlar və bütpərəstlər arasında qarşılıqlı əlaqə” üzrə ixtisaslaşıb.

Ustad dərs müəllim və tələbələrin suallarına cavablar və ümumi şəkil çəkdirməklə başa çatıb.