XƏBƏRLƏR

Pedaqoji təcrübədə olan tələbələr tərəfindən nümunəvi dərs keçirilib

06 mart, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil - 2 fakültəsinin Bakı şəhəri 177 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan 4-cü kurs tələbələri tərəfindən nümunəvi dərs keçirilib.

Tələbələr Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar “Sport in the past and today" mövzusunda keçdikləri nümunəvi dərsdə idman uğurları olan şagirdləri də bütün sinfə təqdim ediblər.