XƏBƏRLƏR

Bilal Hayee Gənclərin İctimai Diplomatiya Sammitinin iştirakçıları qarşısında çıxış edib

06 mart, 2024

Səfir Bilal Hayee Bakıda keçirilən Gənclərin İctimai Diplomatiya Sammitinin iştirakçıları qarşısında çıxış edib. O, gənclər və akademiya ilə ünsiyyət üçün ictimai diplomatiyadan istifadə imkanları haqqında fikirlərini bölüşüb.  Bakıdakı səfirliyin ictimai diplomatiya təşəbbüslərini vurğulayıb. 

İki ölkə arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Göründüyü kimi, Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində qurulub. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini müdafiə edir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər.

İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Bakının müxtəlif yerlərində Pakistan bayraqları dalğalanır. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. Bir neçə il bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

Görüşdə həmçinin 44 günlük Vətən müharibəsi zamanı qardaş Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi vurğulanıb və bu ölkənin hökumətinə və xalqına təşəkkür ifadə olunub. 

Tələbə Vüsal Hümbətzadə