XƏBƏRLƏR

ADU-nun tələbələri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunublar

01 fevral, 2024

  Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Nəsimi rayonunda keçirilən tədbirdə iştirak ediblər.  

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, ali təhsil müəssisələrinin rəhbərləri, QHT sədrləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, müxtəlif nominasiyalar üzrə 54 gəncə Nəsimi rayon İcra Hakimiyyəti tərədindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, həmin tədbirdə ADU-nun Filologiya fakültəsin tələbələri- Rəna Şabanzadə, Peyman Ağazadə, Təhsil 2 fakültəsinin tələbəsi Jalə Eyvazova da 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunublar.