Ülfət İbrahimin həmmüəllifi olduğu məqalə beynəlxalq elmi jurnalda
Almaniyanın Peter Lanq nəşriyyat evinin “Dilçilik, ədəbiyyat və sənətşünaslıq” elmi indeksli jurnalının 2023-cü il 65-ci cildində Litvanın Vilnüs Universitetinin Roman dilçiliyi departamentinin PhD, dos. Vitaliya Kazluskiene və Azərbaycan Dillər Unversitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri PhD, dos. Ülfət İbrahimin “Məhdudiyyətsiz azadlıq: müasir dövrdə azadlıq məfhumunun konseptual mənasının genişlənməsi” adlı məqaləsi dərc olunub.
Məqalə qlobal siyasi vəziyyət kontekstində azadlıq lekseminin araşdırmasına həsr olunub. Tədqiqatda fransızdilli Frantext, Leipzig Corpora Collection və Sketch Engine məlumat bazaları və korpus təhlilindən istifadə edilib. Təhlil fransız dilində sosial, mücərrəd, siyasi və dini azadlıq anlayışı ilə bağlı xüsusi kateqoriyaları müəyyən edir. Azadlıq məhfumunun kollokasiya təhlili siyasi hərəkətlərdən daha çox sosial və rəqəmsal hərəkətlərin təsirinə məruz qalan anlayışın genişlənməsini müəyyən edib.