XƏBƏRLƏR

ADU-da "Heydər Əliyev - tarixi yaradan dahi" adlı tədbir keçirilib

26 dekabr, 2023

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-tarixi yaradan Dahi" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlanıb. 

Təhsil-2 fakültəsi, İngilis dilinin leksikologiyası və üslubiyyatı -2 kafedrası və 220a qrup tələbələrinin iştirakı ilə təşkil edilmiş tədbirdə ilk olaraq kafedra müdiri f.f.d., dos. Mehriban Hüseynova çıxış edib. O, çıxışında Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından bəhs edib. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

Həmin kafedranın müəllimi Leyla Məmmədova öz çıxışında bildirib ki, dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.

Tədbirdə Təhsil-2 fakültəsinin xəlifə dekanı, 426 a qrup tələbəsi Şahin Hacıyev iştirak etmişdir. 

Təhsil-2 fakültəsinin xəlifə dekanı Şahin Hacıyev çıxışında tədbirin təşkilinə  görə kafedra rəhbərliyinə təşəkkürünü bildirərək gənc nəsli milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün Heydər Əliyev şəxsiyyətinə müraciət etməli,  dahi insanın həyatının əbədi milli örnək kimi gənclər arasında geniş təbliğ olunmasına çalışmalı olduqlarını deyib.

220 a qrupunun tələbələri  çıxışlarında Heydər Əliyevin zəngin həyat və fəaliyyəti,  misilsiz xidmətləri, dünya liderlərinin Heydər Əliyev haqqında önəmli fikirləri,  sitatları barədə slaydlar hazırlamışlar.

Tələbələr həmçinin Ümummilli liderimiz Heydər Əliyev barədə çəkilmiş sənədli filmlər, fotolar, videolar da nümayiş etdirilmişdir.