XƏBƏRLƏR

“II Kitabqurdu Payız Oxu Marafonu" ilə bağlı görüş keçirilib

12 noyabr, 2023

 Azərbaycan Dillər Universitetində (ADU)  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi (ANAİB) tərəfindən keçiriləcək  "II Kitabqurdu Payız Oxu Marafonu" haqqında tələbələrlə görüş keçirilib.

Görüş müddətində Azərbaycan Nəşriyyatları Assosiasiyasının koordinatoru Fizzə Məmmədova, yazıçılar-  “Sancaqlı kölgələr” kitabının müəllifi Orxan Həsəni, “Məktublar arxasında” kitabının müəllifi Pərviz Seyidli tələbələrə marafonla bağlı məlumat verib,  mütaliənin tələbələr üzərində faydalarından söhbət açıblar.

Qeyd edək ki, keçiriləcək marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (1 oktyabr 2023 – 1 fevral 2024). 

2. Marafona 16 yaşdan yuxarı hər kəs qoşula bilər. 

3. Marafon müddətində yalnız seçilmiş 8 kitab oxunacaq.

4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq.

5. Oxu müddəti bitəndən sonra qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 8 kitab əsasında hazırlanacaq.

6. Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq.

7. Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq. 

8. Birinci yer 3000 AZN, ikinci yer 2000 AZN, üçüncü yer isə 1000 AZN mükafat əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək. 

 Kitabqurdu I Payız Oxu Marafonu müddətində oxunacaq kitablar isə bunlardı:

1. Yunis Orucov, "Boraltan" (MİMTA Yayımları)

2. Elay, "Kolleksioner" (XAN Nəşriyyatı)

3. Rövşən Abdullaoğlu, "Koramal" ("Qədim Qala" Nəşriyyatı)

4. Elçin Əzimli, "Çağrı" (TEAS Press Nəşriyyatı)

5. Pərviz Seyidli, "Məktublar arxasında" ("Parlaq İmzalar" Nəşriyyatı)

6. Kənan Hacı, "Fəna fasiləsi" ("Çapar" Yayımları)

7. XAN, "Sancaqlı kölgələr və Leyla Xuni" ("Strauss" Nəşriyyatı)

8. Arif Əliyev, "Yalama" ("Altun Kitab" Nəşriyyatı)