XƏBƏRLƏR

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinə yeni kitab daxil olub

18 dekabr, 2023

Elmi Kitabxana  və İnformasiya Xidməti Mərkəzinə yeni kitab daxil olub. 

Yazıçı-jurnalist Yusif Məhəmmədoğlu və Vüqar Məmmədxanlının ideya müəllifləri olduğu “Xəyal kimi ömür” kitabında beynəlxalq hüquq və sığorta mütəxəssisi , hüquqşünas, ictimai xadim Xəyal Məmmədxanlının 42 illik şərəfli ömür yolundan bəhs edilir.

Kitabda, Vətən sevgisi, işgüzar həyat tərzi, ictimai həyatda tutduğu mövqeyi ilə gənclərimizə örnək olan Xəyal Məmmədxanlının dostlarının, ailə üzvlərinin, iş yoldaşlarının xatirələri, yarım qalan ürək sözləri toplanıb.