XƏBƏRLƏR

Çeçenistan Dövlət Pedaqoji Universiteti ADU-nun Açıq Təhsil Mərkəzində proqram həyata keçirir

07 dekabr, 2023

Çeçenistan Dövlət Pedaqoji Universiteti ADU-nunAçıq Təhsil Mərkəzində dekabr sessiyası proqramını həyata keçirir.

“Rusiya Maarif Nazirliyinin Açıq Təhsil Mərkəzi” layihəsinin işçi qrupunun üzvləri Azərbaycan Dillər Universitetinin “Təhsil-1” fakültəsinin tələbələri üçün təlim kursları keçirir.   

Kurslar ÇDPU-nun müəllimləri İ.V.Musxanova və R.A.Buralova tərəfindən işlənib hazırladığı proqramlar əsasında Azərbaycanın rusdilli təhsil müəssisələri üçün rus, ingilis və digər dillər üzrə gələcək müəllimlərin metafənn və peşəkar səriştələrinin inkişafına yönəlmişdir. 

Kursa qatılan dinləyicilər mühazirə və praktik məşğələlərdə akademik üslub normaları və Qafqaz sivilizasiyasının təkrarolunmaz maddi, mənəvi, mədəni dəyərləri ilə tanış olurlar. Təlim prosesində şəxsiyyətinin multikultural mühitdə formalaşmasındaxalqın tərbiyəvi ənənələrindən istifadə üsullarına üstünlük verilməsi diqqət mərkəzində saxlanılır. 

“Rus dilində akademik yazı” və “Şəxsiyyətin multikultural mühitdə formalaşmasının etnopedaqogikası” təlimləri akademik nitq mədəniyyətinin, etnik qruplar arasında qarşılıqlı əlaqə və çoxölçülü dünyanın tam qavranılması vərdişlərinininkişafına xidmət edir.