XƏBƏRLƏR

“Talantların müəyyən edilməsi və istiqamətləndirilməsi“ mövzusunda görüş keçirilib

05 dekabr, 2023

 Azərbaycan Dillər Universitetində (ADU)  Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə “Talent Staff & Business Solutions” şirkətinin rəhbəri, insan resursları üzrə mütəxəssis Sevda Quliyevanın və millət vəkili Ceyhun Məmmədovun “Talantların müəyyən edilməsi və istiqamətləndirilməsi“ mövzusunda tələbələrlə görüşü keçirilib.

 Görüşdə, həmçinin Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nəsir Xankişiyev, adıçəkilən şöbənin mütəxəssisi Leyla Abbasova və inspektoru Cəmilə Məmmədova, BM fakültəsinin dekanı İbrahim Kazımbəyli iştirak ediblər.

Görüşdə ixtisasdan asılı olaraq və ya olmayaraq, tələbələrin seçdiyi düzgün peşə seçimi, fərdi və karyerada inkişaf metodları, iş seçimi qaydaları, iş seçimi zamanı diqqət yetirilməli olan nüanslar, müsahibə və müsahibənin etik qaydaları, karyera planlaması və karyerada yüksəliş, şirkətlərin insan resursları sahəsində kadr seçimi və siyasəti, insan resursları strategiyası və növləri barədə bilik və təcrübələr bölüşülüb.

Şirkətin rəhbəri Sevda Quliyeva və millət vəkili Ceyhun Mammadov çıxış edərək son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında gənclərə təhsil, karyera, xaricdə təhsil və digər sahələrdə həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışıb, tələbələrin nəalliyyətlərini istər ölkənin qabaqcıl qurumlarında, istərsə də xarici ölkələrdə görməyin qürurverici olduğunu vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb.