“Heydər Əliyev 100. Azərbaycanın xarici siyasətinin prioritetləri və əsas istiqamətləri” adlı dəyirmi masa keçirilib

30 noyabr 2023-cü il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100. Azərbaycanın xarici siyasətinin prioritetləri və əsas istiqamətləri” adlı dəyirmi masa keçirilib.
Tədbirin moderatoru, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekan müavini, dosent Əli Məmmədov açılış nitqi ilə çıxış edərək, Azərbaycanın xarici siyasətinin prioritetləri və əsas istiqamətləri haqqında ümumi məlumat verib.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Naqif Həmzəyev “Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti” adlı məruzəsində Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsasları və həyata keçirilməsi mexanizmləri haqqında geniş məlumat verib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyasətində olan misilsiz xidmətlərini xüsusi vurğulayıb.
Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Fatimə Güləmirli “Azərbaycanın balanslı xarici strategiyasında davamlılıq: müqayisəli təhlil” - adlı çıxışında Ulu Öndər Heydər Əiyevin hakimiyyətə qayıtdıqdan sonra ölkənin xarici siyasətinin balanslaşdırılmış prinsiplə həyata keçirilməsi və ölkənin beynəlxalq mövqeyini möhkəmləndirmək məqsədi ilə etdiyi köklü islahatlardan danışıb .
Tədbir müzakirələrlə davam edib.







