XƏBƏRLƏR

“Ulu öndər Heydər Əliyevin Elm və Təhsil siyasəti”nə həsr edilmiş tədbir keçirilib

01 dekabr, 2023

  Noyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar universitetin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Naibə Camalzadənin təşəbbüsü ilə növbəti dəyirmi masa keçirilib.

 “Ulu öndər Heydər Əliyevin Elm və Təhsil siyasəti”nə həsr edilmiş tədbirdə Filologiya fakültəsinin dekanı professor Şahin Xəlili, Regionşünaslıq kafedrasını müdiri professor Sevdagül Əliyeva, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva, Xarici dillər kafedrasının əməkdaşları dos. Ş. Şabanov, dos.F. Səlimova, b.m. E. Baxışova, b.m. S. Abuzərli,  b.l. Ş. Əliyeva  Heydər Əliyevin təhsilə və elmə verdiyi qiymət və dəstək haqqında çıxışlar ediblər.

 Məruzələrdə Ulu öndərin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafının  prioritet sahə kimi mühüm yer tutması xüsusi qeyd edilib.

 Tədbirdə, eyni zamanda Filologiya fakültəsinin 146 və 335-ci qrup tələbələri Heydər Əliyevin kəlamlarını alman, fransız, ingilis və rus dillərində səsləndiriblər.