XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində onlayn dərslər təşkil olunur

16 mart, 2020

16 mart tarixindən etibarən Azərbaycan Dillər Universitetində tədris prosesinin onlayn rejimdə bərpasına başlanmışdır. Müxtəlif elektron və onlayn imkanlardan istifadə olunmaqla universitetdə dərslərin onlayn rejimdə bərpası vasitəsi ilə tədris prosesinin təşkili planlaşdırılır.

Bu sıradan ilk dərs Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tərəfindən təşkil olunmuşdur. Zoom.us onlayn platforması üzərindən canlı rejimdə təşkil edilən dərs “Mərkəzi Asiya ölkələri müasir beynəlxalq münasibətlər sistemi” fənninin sillabusuna uyğun olaraq “Sovet İttifaqının süqutunun Mərkəzi Asiya ölkələri üçün yaratdığı nəticələr” mövzusunu əhatə etmişdir.

Tədris prosesinin fiziki bərpasınadək onlayn dərslərin cədvəli tələbələrlə razılaşdırılmışdır.