XƏBƏRLƏR

“Heydər Əliyev və Azərbaycan diaspora hərəkatı” - dəyirmi masa

22 noyabr, 2023

Azərbaycanşünaslıq Mərkəzi və Regionşünaslıq kafedrası “Heydər Əliyev və Azərbaycan diaspora  hərəkatı” adlı dəyirmi masa keçirib.

Tədbir “Dünya Azərbaycanlıları sevgi və sayğı ilə  Ulu Öndəri yad  edir, Heydər Əliyev 100” adlı videolentin nümayişi ilə başlayıb.

Tədbirin moderatoru Regionşünaslıq kafedrasının müdir, prof.S.Əliyeva bildirib ki, videolent Ümummilli Lider Heydər Əliyevin idarəçiliyi dövründə azərbaycanlıların xaricdə yaşaması ilə əlaqədar dediyi qiymətli fikirlər və xarici səfərləri zamanı getdiyi ölkələrdəki  azərbaycanlılarla görüşləri,  xaricdə yaşayan azərbaycanlılara verdiyi nəsihət və tövsiyələrə,  dünyada yaşayan bütün azərbaycanlıların təşkilatlanmasının nə qədər əhəmiyyətli olduğunu bildirir.

Regionşünaslıq kafedrasının müəllimi Mehparə Tajdehibonab  Azərbaycan diaspora hərəkatının tarixi, qanuniləşdirilməsi, sistemli şəkildə müstəqil Azərbaycan Respublikası ilə əlaqələndirilməsi haqqında məlumat verib.  O, bildirib ki, Müstəqil Azərbaycanın gələcək inkişafı üçün xaricdə yaşayan soydaşlarımızın münasibət və dəstəyinə daim ehtiyac var. Azərbaycan dövləti də xaricdə yaşayan azərbaycvanlılara daim dəstək olur. Dünya azərbaycanlılarının həmrəylik günü, diaspora fəaliyyəti ilə bağlı qəbul edilmiş bir sıra qanun və fərmanlarla tədbir iştirakçılarını tanış edib.

Azərbaycan Respublikası Diasporla  iş üzrə Dövlət Komitəsi haqqında  Regionşünaslıq kafedrasının müəllimi Həmidə Cəfərova çıxış edib. Tələbə və magistrant olanda Komitənin könüllülərindən olmuş Həmidə Cəfərova  xaricdə yaşayan həmyerlilərimiz, soydaşlarımızla işin qurulması, mahiyyəti, komitənin strukturu, fəaliyyət istiqamətləri və gördüyü digər işlər haqqında təqdimat edib. Diaspor təşkilatlarının Vətənlə əlaqələri, xüsusilə 44 günlük müharibə müddətində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına göstərdikləri dəstək haqqında məlumat verib.

Tədbirdə  Diaspora marşı və Diaspora himni də səsləndirilib.