ERASMUS+ mübadilə proqramı çərçivəsində yaz semestri üçün tələbə qəbulu açıq elan edilir
14 noyabr, 2023

ERASMUS+ mübadilə proqramı çərçivəsində yaz semestri üçün tələbə qəbulu açıq elan edilir
Beynəlxalq Əlaqələr şöbəsinin elanı!
Rumıniyanın Lucian Blaga Universiteti ERASMUS+ mübadilə proqramı çərçivəsində 2023-2024-cü tədris ilinin yaz semestri üçün bakalavr, magistratura, doktorantura pillələri üzrə tələbə qəbulunu açıq elan edir.
Tələbələr üçün tələb olunan sənədlər:
- Tövsiyyə məktubu (1 ədəd)
- Motivasiya məktubu
- Akademik transkript
- Dil sertifikatı (Rumin dili və/ və ya İngilis dili minimum B1)
- Əlavə dil sertifikatları (əgər varsa)
- Tədqiqat planı (yalnız magistratura və doktorantura tələbələri üçün)
- Valideyn tərəfindən tələbənin proqramda iştirak etdiyini təsdiq edən sənəd
- CV (Avropa formatında)
Qeyd: İmtiyazlı tələbələrə (valideyninin birini və ya hər ikisini itirmiş, qazi və şəhid övladları, fiziki məhdudiyyətli, maddi vəziyyəti çətin olan) üstünlük veriləcəkdir.
Sənədlərin göndərilməsi üçün son tarix: 27/11/2023
Sənədləri həm elektron şəkildə (international.relations@adu.