XƏBƏRLƏR

ADU-nun əməkdaşı Anar Rəhimov Danimarkada səfərdə olub

07 noyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşı Anar Rəhimov 1-6 noyabr tarixlərində Danimarka Mədəniyyət Nazirliyinin dəvəti ilə Skandinaviyaşünas mütəxəssislər üçün təşkil edilən ixtisasartırma seminarlarında iştirak edib, Kopenhagen Universitetində müxtəlif mövzularda mühazirələr dinləyib.

Tədbir Danimarka Mədəniyyət Nazirliyi və Danimarka Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə keçirilib və dünyanın 30 ölkəsindən 58 araşdırmaçı alim iştirak edib.

Anar Rəhimov çıxışında təmsil etdiyi ADU-nun Qafqazda dilləri və mədəniyyətlərini öyrədən ən böyük təhsil müəssəsi olduğunu qeyd edib,  universitetdə 20-dən artıq xarici dilin, o cümlədən Norveç dilinin, Danimarka tarixi, ədəbiyyatı və siyasi sisteminin tədris olunduğunu, ADU-nun bu il QS beynəlxalq reytinqində Müasir dillərin tədrisi sahəsində ilk dəfə yer aldığını diqqətə çatdırıb.