Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən sertifikatlar təqdim olunub
04 noyabr, 2023

Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) universitetlə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində agentliyin Keyfiyyətin təminatı departamenti Təlim və metodologiya şöbəsi tərəfindən Xarici keyfiyyət təminatına dair təşkil olunmuş təlimlərin iştirakçılarına agentliyin Keyfiyyətin təminatı departamentinin direktoru İlham Hümbətov və Təlim və metodologiya şöbəsinin müdiri Simnar Məmmədov tərəfindən sertifikatlar təqdim olunub.



























































































