XƏBƏRLƏR

ADU-nun tələbələri Heydər Əliyev Mərkəzində olublar

04 noyabr, 2023

  Noyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU)  Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırovanın təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin 165r, 167r, 170r və 175r qrup tələbələri Heydər Əliyev Mərkəzində açılmış “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində olublar.

Tələbələr sərgidə nümayiş olunan eksponatlar vasitəsi ilə Ağqoyunlu hökmdarlı Həsən padşah Bayandurluya aid xüsusi əşyalarla tanış olub, dövlətin tarixi və onun Azərbaycan dövlətçiliyi tarixindəki yeri ilə bağlı məlumatlar əldə ediblər.