XƏBƏRLƏR

“Heydər Əliyev 100. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı dəyirmi masa keçirilib

03 noyabr, 2023

  Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin nəzdində Azərbaycan ədəbiyyatı kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” Elmi Mərkəzində “Heydər Əliyev 100. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda  dəyirmi masa keçirilib.

 Dəyirmi masada açılış nitqi ilə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Ulu Öndər Heydər Əliyevin ədəbiyyat siyasəti ilə bağlı məqamları vurğulayıb.

 “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi, dosent  Ülviyyə Rəhimova Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini şərtləndirən mövcud ictimai-siyasi şəraiti təsvir edərək, ədəbi-mədəni fikrin milli azərbaycançılıq ideologiyasını yaradan amil olmasını bildirib.

Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi, dosent Mehriban Mövlamova Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında olan rolunu vurğulayaraq, Ulu Öndər obrazının ədəbiyyatda təcəssüm olunmasından bəhs edib

 Tədbir müzkirələrlə davam edib.