"Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabın təqdimatı keçirilib
Oktyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi və "Azərbaycanşünaslıq" Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabın təqdimatı keçirilib.
Açılış nitqi ilə çıxış edən moderator, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabın nəşr olunduğunu qeyd edib. Bu layihənin ideya rəhbəri Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev olduğunu vurğulayıb.
ADU-nun Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikada həyata keçirilən siyasətin həmişə beynəlxalq ictimaiyyətin diqqətində olduğunu və müxtəlif ölkələrin mətbuatında Azərbaycanla bağlı məqalələrin, analitik yazıların dərc olunduğunu qeyd edib. O, oxucuların istifadəsinə verilən kitab ingilisdilli mətbuatda yer alan məqalələr əsasında tərtib edildiyi qeyd edib. Bu məqalələrin respublikanın xaricdən necə göründüyünü müəyyənləşdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. Son olaraq kitabın ictimai-siyasi, elmi və didaktik əhəmiyyətə malik olduğunu da bildirib.
Məqalələrin tərcüməsində iştirak edən Xarici dillər kafedrasının baş müəllimi Röya Əzizova kitabla bağlı fikrini bildirərək məqalələr üzərində aparılan işin dünyagörüşün genişləndirilməsi, elmi potensialın artırılması baxımından kifayət qədər əhəmiyyətli olduğunu vurğulayıb.
Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva, Azərbaycanşünaslıq Elmi Mərkəzinin müdiri t.f.d.Aqşin Rüstəmov rektor Kamal Abdulla olmaqla, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsi təbrik edib.