XƏBƏRLƏR

“ADU və əmək bazarı” mövzusundə dəyirmi masa keçirilib

16 oktyabr, 2023

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi, Əlavə təhsil və karyera şöbəsinin birgə təşkilatçılığı ilə “ADU və  əmək bazarı” mövzusundə dəyirmi masa keçirilib.

Dəyirmi masada Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli, Əlavə təhsil və karyera şöbəsinin müdiri, dosent Nəsir Xankişiyev, Folklor İnstitutunun direktoru, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdir müavini, fil. f. d., dosent əvəzi Gilə Hüseynli, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Aytən Hacıyeva, Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı,  Ərəstun Mahmudov adına 220 saylı Məktəb-Liseyinin ingilis dili müəllimi Günay Mürsəlova, Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin direktor əvəzi Elvin Aslanlı və həmin məktəbin direktor müavini Tahir Ağayev, 158 nömrəli tam orta məktəbin alman dli müəllimi Almas Qasımova çıxış edərək rəy bildirib, təkliflərini söyləyiblər.

Dəyirmi masada məzunların əmək bazarına inteqrasiyası prosesi, rastlaşa biləcəkləri problemlər və onların həlli məsələləri də müzakirə edilib.