XƏBƏRLƏR

ADU-nun müəllimləri MEDİA-nın həyata keçirdiyi layihədə iştirak ediblər

07 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Qurbanlı və jurnalistika ixtisasını tədris edən müəllim Səadət Əliyeva 3-4 oktyabr  tarixində Medianın İnkişafı Agentliyi tərəfindən hayata keçirilən "Rəqəmsal xəbərlərin oxunaqlığının artırılması üçün müasir strategiyalar" adlı layihədə iştirak ediblər.

Bildirilib ki, açılışı 3 oktyabr tarixində baş tutan adıçəkilən layihədə öncə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.  Çıxışı zamanı o, media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırmasına zərurət yarandığını vurğulayıb.

Sonra isə  Albayrak” Media Qrupunun tərkibindəki  “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer layihənin müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılması baxımından əhəmiyyətini qeyd edib.

İki gün müddətində keçirilən layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.