ADU-nun məzunu Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub
08 avqust, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirən məzunu İlahə Cəfərli, (401B) təhsilinin magistratura pilləsini Qlazqo Universitetində inklüziv təhsil üzrə davam etdirəcək.
IELTS nəticəsi 8.0 olan İlahə Cəfərli Kral kollecinə (King's college), Şeffild Universitetinə (University of Sheffield), Exeter Universitetinə (University of Exeter) qəbul olsa da seçimi, məhz Qlazqo Universiteti olub.
O, həmçinin Macarıstanda Hökumətlərarası Təqaüd Proqramının (HTP) da qalibidir.
Təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!