Azərbaycan Dillər Universitetinin 2023/2024-cü tədris ili üçün tələbə qəbulu
19 iyul, 2023

ADU Azərbaycanda müxəlif ixtisaslar üzrə xarici dil mütəxəssislərini hazırlayan aparıcı təhsil müəssisəsidir. ADU-nun məzunları respublikanın nüfuzlu təhsil ocaqlarında, dövlət və qeyri dövlət, şirkət və təşkilatlarda fəaliyyət göstərirlər.
Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə ADU üçün ilk növbədə xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir.
Azərbaycan Dillər Universiteti (QS 2023) sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub. ADU "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitet qrupuna daxil olub.