XƏBƏRLƏR

ADU-nun müəllimləri beynəlxalq konfransda iştirak ediblər

21 iyun, 2023

Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının müəllimləri- Röya Əliyeva, Püstəxanım Yusifova, Aytac Hüseynova, Nurlana Bayramova, Kəmalə Məlikli və Səbinə Vəliyeva ADA Universitetində "İngilis dilinin tədrisində strategiyalar və innovasiya" adlı beynəlxalq konfransda iştirak ediblər.  Konfrans 16-17 iyun tarixlərində ABŞ-ın Şimali Karolina Universitetinin təşkilatçılığı ilə keçirilib.

Sözügedən konfransda Şimali Karolina Universitetinin və Azərbaycanın müxtəlif bölgələrindən olan məktəb və universitet müəllimləri müxtəlif mövzularda seminarlar təşkil ediblər.

Konfransın sonunda müəllimlərə sertifikatlar təqdim olunub.