XƏBƏRLƏR

ADU müəllimlərinin həmmüəllifi olduğu ilk "Azərbaycanca-Koreyaca lüğət"i çapdan çıxıb

09 iyun, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin müəllimləri Bahar Əliyeva və Nərmin Məhərrəmovanın həmmüəllifi olduğu ilk "Azərbaycanca-Koreyaca lüğət"i çapdan çıxıb.

Simsim nəşriyyatı tərəfindən nəşr edilən lüğətə təxminən 15000-ə yaxın söz və ifadələr daxil edilib. Sözügedən lüğət Koreya Araşdırmalar Mərkəzinin 2019-2022- ci illərdə həyata keçirdiyi Koreya Respublikasının Təhsil Nazirliyi və Koreyaşünaslıq Akademiyasının “Seed Program for Korean Studies” layihəsi çərçivəsində tərtib edilib, ADU-nun 2023-cü il 29 mart tarixli 26 saylı iclas protokulu əsasında işıq üzü görüb.