XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev fenomeni” adlı tədbir keçirilib

07 iyun, 2023

Azərbaycan Dillər universitetinin (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası Təhsil-2 fakültəsinin fransız dili qrup tələblərinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev fenomeni” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir ulu öndər H.Əliyevin həyatı, fəaliyyəti və siyasətini əks etdirən film-slaydlarla sintez edilmiş təhlillər əsasında formalaşdırılmış səhnələrdən təşkil edilib.

Tədbirdə Azərbaycan, türk, rus, fransız, ingilis dillərində hazırlanmış şeirlər, Ulu öndərə həsr edilmiş sitatlar səsləndirilib, Azərbaycan ədəbiyyatı və musiqisindən seçmə parçalar ifa olunub.

II kurs tələbələri - Zəhraxanım Bəxşəliyeva, Fatimə Sadıqova, Fərid Kərimzadə, Əsmər Əliyeva, Nərmin Haqverdiyeva, Cəmilə Dadaşova, III kurs tələbələri Ceyla Ağayeva, Yekaterina Droşneva, Səma Mursaqulova və Lamiyə Hacıyevanın çıxışları dinlənilib.

Tədbirdə rektorunun məsləhətçisi Anar Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. Fikrət Cahangirov və Təhsil-2 fakültəsinin dekanı dos. Salman Nuriyev, İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri Mehriban Hüseynova, Psixologiya kafedrasının müdiri Şəlalə Babayeva, Pedaqogika kafedrasının əməkdaşı dos. Vidadi Bəşirov, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının dosenti Rəfiqə İsayeva, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları fil.f.d., b/m Aygün Məqami, b/m Rəfiqə Mürşüdova, b/m Anar Hacıyev və digərləri iştirak etdiblər.

 Rektorun məsləhətçisi A. Osmanlı çıxışındqa tədbirin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının ümummilli lider H. Əliyevə həsr edilmiş ikinci tədbiri olduğunu qeyd edib. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində olan ilk tədbirin uğurlu olduğunu vurğulayıb.  A. Osmanlı başda kafedra müdiri fil.e.d., prof. G. Sadıxovaya, tədbirin təşkilatçısı b/m K. Kərimovaya və tələbələrə öz minnətdarlığını bildirib.

 Sonra prof. F. Cahangirov və dos. S. Nuriyev H. Əliyev irsinə hörmət əlaməti olan belə tədbirlərin təşkil edilməsinin əhəmiyyətli olduğunu bildirib, tədbirin ərsəyə gəlməsində fəal iştirakına görə təşkilatçılara və tələbələrə təşəkkürlərini bildiriblər.

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının b/m K.Kərimova yaradılan şərait üçün universitet rəhbərliyinə təşəkkür edərək, tədbirin aparıcılarının tələbələr olduğunu qeyd edb.