XƏBƏRLƏR

ADU-da DLV ictimai birliyinin təşkilatçılığı ilə tədbir keçirilib

05 iyun, 2023

Azərbaycan Dillər Universitetində (ADU)  "Azərbaycanda Alman Dilini Tədris Edən Muəllimlər" DLV ictimai birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

 Tədbirin əsas məqsədi ADU-da beş il yorulmadan çalışan DAAD-nin lektoru Mara-Lisa Gezer və ADNSU-da iki il çalışmış Lüdmila Klotzla vida görüşünün keçirilməsidir.

Tədbirdə ali və orta məktəblərdə alman dilini tədris edən müəllimlər iştirak ediblər.

 DLV ictimai birliyinin sədri Lətifə Qurbanova qonaqları salamlayaraq müxtəlif  ölkələrdən olan insan və mədəniyyətləri birbaşa ünsiyyət vasitəsi ilə öyrənməyə şərait yaradan mübadilə proqramlarının əhəmiyyətini xüsusilə qeyd edib. Bu baxımdan DAAD-nin Azərbaycanda əvəzsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qonaqlar Alman dilinin və müəllimlərin inkişafına xüsusi dəstək verən, sevə-sevə seminarlar, söhbətlər, mədəni tədbirlər təşkil edən, gördüyü hər işə böyük məsuliyyət, sevgi qatan, öz işindən zövq alan və bununla da böyük motivasiya yaradan Mara-Lisa Gəzərlə olan görüşlərdən danışıb, ona gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər.

Həmçinin tədbirin yüksək səviyyədə təşkili üçün dəstək  verən universitetin rəhbərliyinə, rektorun məsləhətçisi Anar Osmanlıya, Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyasi və uslubiyyatı kafedrasının müdiri dosent, fil.f.d. Xuraman Əsgərovaya və universitetin texniki əməkdaşlarına minnətdarlıq bildirilib.

Görüşün sonunda universitetin bağında ənənə halını almış “Germanistika  bayramı 2023”-ə həsr olunmuş qızılgül əkilib.