XƏBƏRLƏR

İspaniyanın Mursiya Universitetinin professoru ADU-nun tələbələri üçün mühazirələr keçib

26 may, 2023

İspaniyanın Mursiya Universitetinin professoru Alejandro Arozamena Coterillo Erasmus+ proqramı çərçivəsində 15-19 may tarixləri arasında Azərbaycan Dillər Universitetinə ezam olunub.

Professor 1 həftə (8 akademik saat) ərzində Tərcümə fakültəsinin ispan dili üzrə tərcümə ixtisasının tələbələri üçün mühazirələr keçib. Dərslərdən əlavə, tələbələr və professor Meksika səfirliyinin təşkil etdiyi film festivalında iştirak ediblər.