XƏBƏRLƏR

ADU-nun tələbələri tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

08 may, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Fatimə Səmədzadənin rəhbərliyi ilə 20 saylı orta məktəbdə təcrübədə olan  tələbələr Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 6-cı sinif şagirdləri arasında müxtəlif viktorina və müsabiqələr keçirilib.

Şagirdlər konsert proqramında müxtəlif xalqların rəqs və mahnılarını ifa  ediblər.

Tədbirdə Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko iştirak edib.

 Cənab səfir tədbirin sonunda öz ürək sözlərini deyib, şagirdlərə patriotizm və multikulturalizm dəyərlərinin aşılanılmasına görə tələbələrimizə təşəkkürünü bildirib.

Tədbirdən sonra tələbələrimiz metodist F. Səmədzadə ilə birlikdə Fəxri xiyabana gedib, H. Əliyevin məzarını ziyarət ediblər.