XƏBƏRLƏR

ADU-nun tələbələri Elman Bakuvi tərəfindən keçirilən vörkşopda iştirak edib

28 aprel, 2023

Aprelin 26-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və dörd ali təhsil müəssisəsinin - Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün Space Televiziyasının Xəbər departamentinin rəhbəri Elman Bakuvi tərəfindən “Müsahibənin götürülməsi və xəbərin hazırlanması” mövzusunda vörkşop keçirilib.

Layihə zamanı tələbələr qruplara bölünüb.

 ADU-nun tələbələrindən ibarət iki komandası öz jurnalist bacarıqlarını göstərərək qalib gəlib.

Qalib tələbələr Medianın İnkişafı Agentliyi tərəfindən hədiyyələrlə təltif olunub.