XƏBƏRLƏR

ADU-nun təcrübədə olan tələbələri məktəb şagirdləri üçün bilik yarışı təşkil ediblər

17 aprel, 2023

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Vəfa Babayevanın və Təhsil -2 fakültəsinin Nəsimi rayonu 19 nömrəli tam orta məktəbində təcrübədə olan tələbələri- Ə. Əlizadə, N. İsmayılzadə, R. Şahbazova, A. Şirinzadə, A. Qarayeva , L. Zeynalova, S. Qasımzadə, A. Qarayevanın təşkilatçılığı ilə məktəb şagirdlərinə "Heydər Əliyev ili" çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Kim, Nə, Harada?” adlı bilik yarışı keçirilib.

Öncə Heydər Əliyevin Azərbaycan gəncləri və uşaqları haqqında fikirlərini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.

Sonra isə Ümummilli liderin həyat və yaradıcılığına həsr edilmiş çıxışlar səsləndirilib.

Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözlərinə əsaslanan bilik yarışmasında 3 komanda (“Xəzər”, ''Kainat'' və “Xarıbülbül” komandaları) iştirak edib.

Məktəbin 7, 8, 9 –cu siniflərdən ibarət olan komandaları 2 turda öz biliklərini nümayiş etdiriblər.

Tədbirdə 19 saylı məktəbin direktoru N. Cəfərova, Təlim- tərbiyə işləri üzrə direktor müavini K. Piriyeva, Tərbiyə işləri üzrə direktor müavini Ü. Məmmədova, Azərbaycan Dillər Universiyeyinin Əlavə təhsil və pedaqoj təcrübə fakültəsinin dekan müavini N. Əhmədova, Təhsil-2 fakültəsinin dekan müavini Z. Alıyeva və tyutor N. Əsədova iştirak ediblər.

Sonda şagirdlərə bilik yarışmasında tutduqları yerlərə uyğun diplom və hədiyyələr təqdim edilib.